Çiçek üzül Mehemmed Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çiçek üzül Mehemmed

Günəş rəsmini boyaya,
Dalmısan şirin röyaya.
Xoş gəlmisən bu dünyaya,
Ay nur üzlü Məhəmməd.

Həyatına işıq doslsun,
Səni görcək qüssə süolsun.
İlk dediyin Allah olsun,
Şirin sözlü Məhəmməd.

Lap çox olsun alqışların,
Min bir rəngdir naxışların.
Mənalıdır baxışların,
Gözəl gözlü Məhəmməd.

Nənələrin nəvəsisən,
Babaların həvəsisən.
Yusifin də nəfəsisən,
Çiçək üzlü Məhəmməd.

Anan üçün ləl-inci ol,
Ananın bal sevinci ol.
Körpələrin ən dinci ol,
Gül bənizli Məhəmməd.

Sən Tanrıdan gələn payım,
Tamam olur altı ayın.
Ad gününün artsın sayı,
Göy dənizli Məhəmməd.

Sənə uzanılı qollar,
Bax. əllərdə yaşıl dollar.
Açıq olsun daim yollar,
Hamsı sən izli, Məhəmməd.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.10.2023 15:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu