Görürəm gülüşünün,
Arxasında kədər var.
Sənlə son görüşümün,
Arasında qəhər var.
Göz önündə yaşıl göl,
O qayıq məni gözlər.
Fərəhi hamıyla böl,
Sevinclə gülsün gözlər...
Ayın işığı düşür,
Yaşıl-mavi sulara.
Könlün alqışı düşür,
Çiçəkli arzulara...
Kayıt Tarihi : 11.7.2020 15:18:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!