Cevahirim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Cevahirim

Yetkinlik yaşına dol,
Nə saral, nə də ki sol.
Gözəl qızım, xoşbəxt ol,
Sən yeganəm, sən birim,
Ay göyçək Cəvahirim.

Telləri daray qızım,
Yerin gen saray, qızım.
Ilahidən pay qızım,
Sən ocağım, sən pirim,
Ay ipək Cəvahirim.

Nuranənin qızısan,
Röyalın ulduzusan.
Hamının arzususan.
Doymadığım ətirim,
Ay çiçək Cəvahirim.

Ayrılmazsan qardaşdan,
Ona dostsan, sirdaşsan.
Qızım, qorxma qar-qışdan,
Səni qorur çətirim,
Ay ürkək Cəvahirim.

Yaşat sən nənə adın,
Şirindir ləziz dadın.
Ata-ana qanadın,
Sevinər hər sətirim,
Ay ürək Cəvahirim.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 10:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu