Çetin qaçılar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çetin qaçılar


Tanrım, səndən özgə, əziz kəsim yox.
Göylər sakit, bir azacıq nəsim yox.
Özü kimi əsrarəngiz rəsm yox,
Bu gecənin sirri nə vaxt açılar.

Acı olur həsrətin lal röyası,
Hər könüldə vardır kədər dünyası.
Günü-gündən azalır bax, ziyası,
Tənha qəlbdən qara işıq saçılar.

Həyat baxça, göz yaşıdır bəhəri,
Boğazına tıxanıbdır qəhəri.
Yoxa çıxır aydınlığı, səhəri,
Dünya nalan, qəmdən çətin qaçılar.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu