Çətin ki əvvəlki tək mehriban, şən olacam.
Pastlaşsaq üz çevirən yenə də mən olacam.
Çırpınaraq duracam xəyalların içində,
Məni tanımazlar ki ağappaq qu biçimdə.
Məhəbbətin sultanı, padişahı sən oldun,
Dağılmış xanimanı, nalə-ahı mən oldum.
Getməyimi istəmirdin,qabağımı kəsərdin.
Yollarımın üstündəcə tufan olub əsərdin.
Səni özgə sevmədi ki gül-rənadan savayı,
Yaddaşımda qalmir heç nə, sirr- mənadan savayı.
Bilirəm, atıb vurduğun o qadından ötrüdür,
Həsrət planı qurduğun öz adından ötrüdür.
Inan, daha dolaşmaram əlinə, ayağına,
O gözəlçən dönsün sənin həyatda dayağına.
Nə bilirsən el içində sən xar olmayacaqsan,
Ayrılıq adlı zalıma sən yar olmayacaqsan.
28.06.2018
Kayıt Tarihi : 16.7.2018 07:15:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/07/16/cetin-ki-2.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!