Kim deyir axır, sondur,
Əynindəki al dondur.
Görən neçə milyondur,,
Səhərin aşiqləri.
Yerindən enməz olsun,
Nurundan dönməz olsun.
Daima sönməz olsun,
Şəhərin işıqları
Dünya çətin aləmdir,
Dözülməz dərd-ələmdir.
Həm qüssədir, həm qəmdir
Qəhərin uşaqları.
Kayıt Tarihi : 27.11.2019 07:34:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!