Çerpeleng Uçurtma Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çerpeleng Uçurtma

Köhnə ayı doğrayıb,
Ulduzu acıtmısan.
Gözlərimdən oğrayıb,
Yuxumu qaçırtmısan.

Kuzə çoxdur, səhəng tək,
Marığa yat pələng tək.
Xəyalı çərpələng tək,
Göylərə uçurtmusan.

Günahkardır özləri,
Görmürdümü gözləri.
Söylədiyin sözləri,
Üzündən köçürtmüsən.

Baxçanı bağ etmisən,
Məni də tağ etmisən.
O qədər ağ etmisən,
Sevdanı kiçiltmisən.

Könül qüssədən doyub.
Özünə fərəh oyub.
Məni növbədə qoyub,
Əğyarı keçirtmisən.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.9.2023 07:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu