Cəbri sozalsın deyə,
Qəbri göz alsın deyə,
Səbri azalsın deyə,
Qar yağar qəmim üstə.
Hicrin qəlbi yuxalsın,
“Hə”nin yerin yox alsın.
Istəyirdim çoxalsın,
Az gələr kəmim üstə.
Yellər daş çalıb gedər.
Sellər yaş dalıb gedər,
Illər baş alıb gedər,
Dən yağar dənim üstə.
Bacamız pis sökülər,
Torpağa his tökülər.
Üstəlik sis çökülər,
Dumanım, çənim üstə.
Qələbə günü gəlsin,
Qarı düşmən gəbərsin.
Tanrı qanadın gərsin,
Ana vətənim üstə.
18.06.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 6.7.2019 16:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
TÜM YORUMLAR (1)