Çeni sevmeyim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çeni sevmeyim

SEVMƏYİM

Başımın üstündə hey əsəcəklər,
Hərdən barışacaq, gah küsəcəklər.
Deyəsən sonunda iş kəsəcəklər,
Zindanla bitəcək mənim sevməyim.

Səmavi mavini gölümdən alıb,
Laləni, nərgizi çölümdən alıb.
Gecəni-gündüzü əlimdən alıb,
Başıma bəladır səni sevməyim.

Dağları bürüyən dumandır, sisdir,
Həsrətin zalımdır, hicranın pisdir.
Allahın qəlbimə saldığı hissdir,
Bu qədər günahmı yəni, sevməyim?

Səni də illərin sürəti qovub,
Köksünə ayrılıq gülləri qonub,
Gecə qarası tək telləri qoyub,
Günü-gündən artan dəni sevməyim.

Əzizim, həyata küskün olmayaq,
Yazıq görünməyək, miskin olmayaq.
Ömrün payızında çiskin olmaya?
Qüssəli anımda çəni sevməyim.
02.05.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 2.5.2018 08:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu