Cenab polkovnik leytenant

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Cenab polkovnik leytenant

Fələk amansız sırsıra.
Gəlir ömrü qıra-qıra.
Orden-medal sıra-sıra,
Ulduzları bir-bir sanat.
Cənab polkovnik leytenant.

Şəhidlik arzuna yetdin,
Qəlbinin dediyin etdin,
Bir qəlpəyə qurban getdin,
Sona yetdi şirin həyat.
Cənab polkovnik leytenant.

Fərəh qəmə yovuşmadı,
Sevincinə qovuşmadı,
Ah, mərmilər sovuşmadı,
Sonuncu gülləni də at.
Cənab polkovnik leytenant.

Göy üzündə əlvan zehdin,
Gül üstündə şəbnəm, şehdin.
Sən mülayim, sərin mehdin.
Geri dönüb yarı oyat.
Cənab polkovnik leytenant.

Qayıt, ocağında qızın,
Yol gözləyir iki qızın.
Belə yazılıbmış yazın,
Qızlar vətənə amanat.
Cənab polkovnik leytenant.

Qəlbindən silib acını.
Çox özləyirdin Laçını.
Tənha qoydun baş tacını,
Yarasını azca qanat.
Cənab polkovnik leytenant.

Saçlarında dağ qırovu,
Vətən eşqinin girovu.
Fəth eylədiniz Murovu,
Bəyaz qar tək fərəhə bat.
Cənab polkovnik leytenant

Kəşfiyyatçı igid oldun,
Eh, nələrə şahid oldun.
Suqovuşanda şəhid oldun,
O andaca durdu saat.
Cənab polkovnik leytenant.

Düşmənin gözün oyası,
Qara rəng olsun boyası.
Hayın qorxulu röyası,
Sonunadək onu qır-çat.
Cənab polkovnik leytenant.

Sevdiyin hərb işi kimi,
Illərin vərdişi kimi.
Döyüşdün sən kişi kimi,
Dözümünə qaldılar mat,
Cənab polkovnik leytenant.

Qoşun gəlir, bax yol daşır,
Kədər həsrətlə yollaşır.
Üç min şəhid yol yoldaşın,
Nə qədər acıdır həyat.
Cənab polkovnik leytenant.

Haqq-salamlı da olmusan,
Xoş kəlamlı da olmusan.
Sülhməramlı da olmusan,
Xatirələr artıq boyat.
Cənab polkovnik leytenant

Mehdi-həyat etalonun,
Ziyarət etmisən onu.
Qəmlə bitdi filmin sonu,
Gerçəkliklər budur heyhat.
Cənab polkovnik leytenant.

Aldın erməni postunu,
Itirdin neçə dostunu.
Deyəmmədin son tostunu,
Ilmən toxundu tərs-avand.
Cənab polkovnik leytenant.

Müqəddəs bildiyin Vətən,
Dərdini böldüyün Vətən.
Uğrunda öldüyün Vətən.
Möhkəm oldu içdiyin and,
Cənab polkovnik leytenant.

Gurultuyla axan çaydın,
Zəfərləri bir-bir saydın.
Vətən oğlu, gözün aydın,
Qarabağ da oldu azad,
Cənab polkovnik leytenant

El sənə Elzamin dedi,
Əsgərləri min-min dedi.
Rəhmətinə “Amin” dedi.
Ruhun çalır göydə qanad,
Cənab polkovnik leytenant.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2021 11:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu