Üzümüzə səhər danı açılar,
Boyanarıq günəşin al rənginə.
Ayrılıqdan daim uzaq qaçılar,
Məəttəlik məhəbbətin zənginə.
Geri dönsə taleyin sərt təkəri,
Arzuların qucağına sığınnam.
Yenə qalxıb ayrılığın şəkəri,
Ağrısına, acısına uğunnam.
Vüsalımın çöhrəsinə gün düşür
Yavaş-yavaş enir üzü aşağı.
Həsrət ilə hicran baxıb gülüşür,
Elə bil ki bir məhəllə uşağı.
Heç bilirsən nə güclüdür, nə pirdir,
Ayrılığın qapısını döyənlər.
Anlamıram nə gizlindir, nə sirrdi,
Alçalırlar hey özünü öyənlər.
Indi məni, bilirsən nə göynədir
Ayrılığın ayağını yumağım.
Həsrət yenə qanadlanıb, göydədir,
Vüsalımı gizlədibdir çən axı...
Sevinc Arzulu
Kayıt Tarihi : 11.4.2019 16:35:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!