Cemil balam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Cemil balam

Ortancıl qardaş idin,
Anana sirdaş idin.
Dost idin,yoldaş idin,
Sözü, işi bir balam.
Yat mənim Cəmil balam.

Çıxmayırsan yadımdan,
Doymadım ki dadından.
Fəxr edirəm adınla,
Ziyarətgah, pir balam,
Yat mənim Cəmil balam.

Sən hərb libasındaydın,
Zəfər havasındaydın.
Həyatda sakit, aydın,
Döyüşlərdə şir balam.
Yat mənim Cəmil balam.

Hərbçi idin, gizirdin,
Hərbə məqam gəzirdin.
Düşmənləri əzirdin,
Əlləri dəmir balam,
Yat mənim Cəmil balam.

Soyuq oldu ayazın.
Gəlmədi şən avazın.
Bu sənin alın yazın,
Tanrıdan əmr, balam.
Yat mənim Cəmil balam.

Artıb saçımda dənim,
Azalmayır sis-çənim.
Haylayıram hey səni,
Gəlmir səs-səmir, balam.
Yat mənim Cəmil balam.

Bu yol hayana gedir,
Dura, dayana gedir.
Sənin ilə fəxr edir,
Doğma Kürdəmir, balam.
Yat mənim Cəmil balam.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 10:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu