Cem yerin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Cem yerin

Fərəhlənib gülüşəyim,
Sevdamızı bölüşəyim.
Yığışaraq doluşayım,
Həqiqətin kəm yerinə.

Demirəm ki ayrılağın,
Məhəbbətdən sıyrılağın.
Oddan, közdən qayrılağın,
Düşək yurdun nəm yerinə.

Gül-çiçəklər axın-axın,
Dərib telinizə taxın.
Kədəri qoymayaq yaxın,
Fərəh biçək qəm yerinə.

Hər bir dərdə dözər insan,
Ayrılıqlar gəlməz asan.
Görürsənmi tökür leysan,
Həm yurduna, həm yerinə.

Zaman bizi cərgəliyə,
Adam-adam bərgəliyə.
Yığışayıq birgəliyə,
Toplanağın cəm yerinə.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.1.2023 15:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu