Cem gedibdir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Cem gedibdir


Bu dünyadan nə tez doydu,
Dərdli ürəkləri oydu.
Gözləri qan-yaşlı qoydu,
Çoxdan xoşbəxt dəm gedibdir.

Dəniz kimi çağlamayın.
Nur yolunu bağlamayın.
Səbr edin,ağlamayın
Ürəklərdə qəm gedibdir.

Yazı yazan qədər oldu,
Cavan ömrü hədər oldu.
Könüllərdə kədər oldu,
Fərəhi çox kəm olubdur.

Bu itki,ağrı,nə acı
Gedib ailənin tacı.
Gözü yaşlı qardaş-bacı,
Qara gözlər nəm gedibdir.

Dost-qohumlar çəkirlər ah,
Vəfasızdır ömür vallah.
Min rəhmət eyləsin Allah,
Dərdlə möhnət cəm gedibdir.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 11:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu