Çeleng toxusun Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çeleng toxusun

Ümidlərim əriyərək azalıb,
Bəzisinin üstün artıq toz alıb.
Səhər erdə nədən belə qızarıb,
Kim qaçırdıb gözlərinin yuxusun.

Xarı bülbül müqəddəsdir, əzizdir,
Can dostları yasəməndir,nərgizdir.
Qarabağın havası çox təmizdir,
Gəlir yenə cənnət-məkan qoxusu.

Zəfər çaldım.döyüşdə qalibəm mən,
Bircə ona dostluqda talibəm mən.
Çox döşünə döyür ki aliməm mən,
Deyin gəlsin ürəyimi oxusun.

Gəlməyir ki harayları,hayları,
Qurban verdik biz illəri, ayları.
Günü-gündən azalıbdır sayları,
Ələnibdir dostlarımın çoxusu.

Şair könlüm zaman ilə həmahəng,
Yaranandan dünya ilə edir cəng.
Indiyədəm ömrüm keçib rəngarəng,
Al güllərdən mənə çələng toxusun.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.6.2021 05:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu