Çekmişem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çekmişem

Hər vaxt düşürsən yadıma.
Qonaq gəl yaşıl adama.
Qəlb evimdən qəm odama,
Musiqili zəng çəkmişəm.

Illər alıb dincliyimi,
Azaltmışam kəcliyimi.
Gizlətmişəm gəncliyimi,
Üstə bəyaz rəng çəkmişəm.

Döz əzabın min tabına,
Dərdin acı xitabına.
Könlümün not kitabına,
Yeddicə ahəng çəkmişəm

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu