Üzün məndən elə dönüb,
Hicrin bəyaz telə dönüb.
Boz-bulanıq selə dönüb,
Dərələrə tökülərdim.
Görüşünə gəlsəydim mən,
Yaşıl çələng hörsəydim mən,
Xoşbəxtliyi görsəydim mən,
Ayağına çökülərdim.
Məgər səndən bəxtəvər var,
Saçlarına yağmayıb qar.
Bilsəm səni çox sevir xar,
Mən kənara çəkilərdim.
Kayıt Tarihi : 12.9.2019 13:57:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/09/12/cekilerdim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!