Qocaldım,qurumuş çaya bənzərəm,
Qəmliyəm,yarımçıq aya bənzərəm.
Saf,ləkə götürməz çaya bənzərəm,
Dəli Kür,Xan Araz,Həkəriyəm mən.
Çalmayır kamnım,sınıbdır sazım,
Ötüb cavanlığım,yox işvə,nazım.
Bu mənim qismətim,bu alın yazım,
Fələyin qapqara təkəriyəm mən.
Üstünü qar almış təpə dağ olmaz,
Xəstə düşmüş könlüm daha sağ olmaz.
Ayıar,illər ötsə.yaram sağalmaz,
Bu dərdi ölüncə çəkəriyəm mən.
Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:41:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!