Çeken olmadı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çeken olmadı

Ayrılığı boşadım mən,
Çün vüsallla qoşadım mən.
Bunca ömür yaşadım mən,
Nazımı çəkən olmadı.

Bir vaxt yağdı söz yağışı,
Uca tutdum hər alqışı.
Tablolarda ömrün qışı,
Yazımı çəkən olmadı.

Sözün hərəsi bir toxum,
Şeir-mənim varım-yoxum,
Nədən dilə düşdü çoxum,
Azımı çəkən olmadı.

Hanı mənim yaşıdım, hey,
Dərdi birgə daşıdım, hey.
Üşüdükcə üşüdüm hey,
Qazımı çəkən olmadı.

Neynəyirəm mən yamanı,
Qalmayıb daha zamanım.
Başım üstdə -tar-kamanım,,
Sazımı çəkən olmadı.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.3.2020 11:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu