Ayrılıq sözünün üstə dururkən,
Əlini masaya bərk-bərk vururkən.
Dörd yanda rəngarəng kasa dururkən,
Qanımı nədənsə boş qaba çəkdim.
Fələyin zərbindən yaralansa da,
Ürəyi dörd yerə paralansa da,
Xırdadan iriyə sıralansa da,
Həyatın acısın baş qaba çəkdim.
Dənizə güzgü tək baxammadım ki,
Suyuna qarışıb axammadım ki.
Heç vaxt istəyimi boğammadım ki,
Əlimdən gələni beş qaba çəkdim.
Kayıt Tarihi : 7.9.2019 15:26:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!