Səbayeldə doğuldun,
Qaya tək sərt yoğruldun.
Sən ki ölməz oğuldun,
Əcəl gəldi haradan.
Cavidan.
Erməni xar tikanı,
Vermədin heç imkanı.
Xocavənd son məkanın,
Belə yazdı Yaradan.
Cavidan.
Dildə sözün hələ də,
Sönməz közün hələ də.
Dünya özü hələ də,
Seçmir ağı qaradan.
Cavidan.
Dan yeri sökülübdür,
Qaranlıq çökülübdür.
Tabutun bükülübdür,
Al, göy, yaşıl xaradan.
Cavidan.
Siz tək igid harda var,
Məğlub edildi hay-xar.
Cüt medalın yadigar,
Qiymətlidir paradan.
Cavidan.
Gözəl zəfər çaldınız,
Qarabağı aldınız.
Tarixdə mərd qaldınız,
Meh saçını daradan.
Cavidan.
Kayıt Tarihi : 6.1.2023 16:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!