Cavanlıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Cavanlıq


Mən qar qızam, yay günündə əriyən,
Həkim gərək qəlb yaramı səriyə.
Bir də daha dönəmməzsən bəriyə,
Əsrin o üzündə qalan cavanlıq.

Görüşə sağ gedib, lap xəstə dönüb,
Hər sözü, kəlamı bir bəstə.Dönüb.
Məzarım üstündə tunc büstə dönüb,
Əbədi xəyala dalan cavanlıq.

Sən ki xoşbəxtliyə cığırdın, yoldun,
Şadlıqla, fərəhlə doluydun, boldun.
Döyünən qəlbimin qatili oldun,
Əhd-peyman quruca yalan, cavanlıq.

Sabahım deyilsən, ay ömrüm-günüm,
Uzaqda qalıbdır işıqlı dünüm.
Nə əlim çatmayır, nə yetir ünüm,
Etmisən mənicə nalan, cavanlıq.

Hər sənə baxanda keçmişi gördüm,
Bir zaman məni dost seçmişi gördüm.
Çoxuna zor olan bir işi gördün,
Sevinci sevincdən alan cavanlıq.

Bilməzdim biz-bizə yad olacayıq.
Ayrılıq zalıma şad olacayıq.
Gedənlər köçünə mən də qoşuldum.
Deyirdim məhəbbət əzəldi, öndü,
Işıqlı ömrümün günəşi söndü.
Elə ilk səhvimdən üzünmü döndü,

Sevinc Arzulu
Kayıt Tarihi : 27.3.2022 08:41:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu