Bu qaranlıq meşə kimin,
Bu qorxulu guşə kimin.
Baxışların şüşə kimi,
Batır qəlbimə,qəlbimə.
Dünya mənə zindan, kaha
Sevinmərəm mən bir daha.
Fələk dərdi-qəmi baha,
Satır qəlbimə, qəlbimə.
Qaraladın naxışımı,
Ulduz kimi axışımı.
Bulud soyuq yağışını,
Atır qəlbimə, qəlbimə.
Unutdum toy-düyünü də,
Yad gəlir səsi-ünü də.
Fələk, adi xoş günün də,
Yatır qəlbimə, qəlbimə.
Bu fələyin qisasımı,
Görəsən qan qusasımı.
Xoşbəxtliyin qısasımı.
Çatır qəlbimə, qəlbimə.
Kayıt Tarihi : 19.3.2020 11:04:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!