Qaraladın naxışımı,
Ulduz kimi axışımı.
Buludlar qar yağışını,
Atır qəlbimə, qəlbimə.
Çox da qurdalama közü,
Alışacaq yəqin özü.
Yaxın dostun acı sözü,
Batır qəlbimə, qəlbimə.
Dünyamızın naxşı kəndim,
Kainata baxşım səndin.
Eh, beynim də yaxşı bəndi,
Satır qəlbimə, qəlbimə.
Şahlar fərman ilə birgə,
Dağlar orman ilə birgə.
Dərdi dərman ilə birgə,
Qatır qəlbimə, qəlbimə.
Bağlanıbdı eşq bazarı,
Kimsənin düşməz güzarı.
Insanları ahu-zarı,
Çatır qəlbimə, qəlbimə.
Kayıt Tarihi : 25.2.2021 05:31:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!