Ağlamaqdan doymayan,
Hicri tənha qoymayan.
Hanı mənlə oynayan,
Əldə şabaş qalmışam.
Çayın suyu durulmur,
Bizə tərəf burulmur.
Qurumur ki qurumur,
Gözləri yaş qalmışam.
Acı sözlər oxundu,
Ürəyimə toxundu.
Köksüm altda sıxıntı,
Dilimdə kaş qalmışam.
Boyandım boya ilə,
Oyandım röya ilə.
Əzəldən dünya ilə
Cırmaq-savaş qalmışam.
Bələdəm vərdişinə,
Dövrani gərdişinə.
Fələyin hər işinə,
Vallah çaş-baş qalmışam.
Kayıt Tarihi : 23.12.2021 07:25:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!