Düşüb ayrılığın qaramatına,
Həyatın şahmat tək qara matına.
Minib fikirlərin qara atına,
Elə Kür boyunca çaparaq getdin.
Ayaqdan salaraq aranı-dağı,
Dünyanın bu çətin, zülmkar çağı.
Elə hey axtardın baxçanı-bağı,
Qızılı qumsalda taparaq getdin.
Əsiri olmusan qara röyanın,
Yoxdur anlayanın, yoxdur duyanın.
Axır ki əlindən zalım dünyanın,
Azacıq var-dövlət qaparaq getdin.
Eh, nələr umurduq bu kainatdan,
Fələk məhrum etdi hey xoş saatdan
Əzizim, bezmişdin ağır həyatdan,
Bu fani dünyadan qoparaq getdin.
Sevinc Arzulu
Kayıt Tarihi : 17.10.2021 16:51:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!