Cansu nevem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Cansu nevem

Artıq dolmusan beş yaşa,
Dostsan yeganə qardaşa.
Arzum budur xoşbəxt yaşa,
Tezliklə geri dön evə,
Mənim gözəl Cansu nəvəm.

Sizə qol-qanag gərirəm,
Çəməndən lalə dərirəm.
Ayağın altda sərilər,
Toxuduğum güllü gəbə.
Mənim gözəl Cansu nəvəm.

Səs eşitcək karıxıram,
Kölgə görcək qarıxıram.
Sizsiz yaman darıxıram,
Gəl, yenə oxşayıb sevəm,
Mənim gözəl Cansu nəvəm.

Deyim Tanrı qüdrətindən,
Kim vaz keçər sərvətindən.
Sizsiz varım-dövlətim də,
Uzaqlarda qalıb dəvəm,
Mənim gözəl Cansu nəvəm.

Ağ atını dördnala çap,
Axtar, ara səadət tap.
Bir azca eyləsin insaf,
Kömək olsun Məkkəm, Kəbəm,
Mənim gözəl Cansu nəvəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.7.2021 06:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu