Canım, gözüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Canım, gözüm

Canım, gözüm könlüm yaman ağrıyır,
Yavaş yavaş alışacaq şeh sinəm.
Ayrılığın ürəyimi dağlıyır,
Haralarda qalıbdır gör, eh binəm.

Çəkəmməzsən ayrılığın möhnətin,
Bir az Məcnun, bir az Kərəm ol görüm.
Götürmə heç üzərinə töhməti,
Bir az kağız, bir az qələm ol görüm.

Tök önümə min gizlini, aşkarı,
Yığ başıma kəlmələri dost kimi.
Bir qılıncla məhv olar xar ləşgəri,
De sözünü unudulmaz tost kimi.

Anlayanın ay bənizi saralıb,
Kövrəlibdir.Kipriyində yaş qalıb.
Pəncərəyə gedən yol da daralıb,
Atammıram.Bax, əlimdə daş qalıb.

Ümidlərim özüm kimi pərişan,
Istəyimin istəyinə qurbanam.
Heç eynmə deyil mənim toy-nişan,
Mən ki sənin görünməz bir dünyanam.

Bu dünyanın nə qanunu, qaydası,
Nə milisi, nə polisi var, gülüm.
Bu dünyanın kimsəyə yox faydası,
Ipəyatmaz cüt dəlisi var, gülüm.

Hər dəlinin ağıllanmaq sevdası,
Hər məhkumun azadlıqda gözü var.
Nədir görən qismətimiz, qadası,
Ilk danışsın bizə kimin sözü var...

Sevinc Arzulu
Kayıt Tarihi : 25.2.2021 05:17:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu