Can Şehidlerim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Can Şehidlerim

Aldılar düşməndən layiqli öcü,
Yenə də başladı Şəhidlər köçü.
Oğlunu itirən analar üçün,
Bir daha sökülməz dan, Şəhidlərim.
Can Şəhidlərim.

Sizi görmək üçün biz hara qalxaq,
Çinardan töküldü düz 80 yarpaq
Qoynuna alacaq anamız torpaq,
Bağrımız olacaq qan, Şəhidlərim.
Can Şəhidlərim.

Ilahi olsun qoy ordumuza yar,
Düşməni eyləsin zəlil, küskün, xar.
Onların yenə də dil verəni var,
Yamanca qudururb Yan, Şəhidlərim.
Can Şəhidlərim.

Tanrı buyruğuna əməl etdilər,
Müqəddəs Vətənə qurban getdilər.
Ən uca məqama onlar yetdilər,
Hüseyn yolçusu san Şəhidləri.
Can Şəhidlərim.

Gülləyə tutmuşdu dağ-dərənizi,
Quldur tək kəsmişdi bənd-bərənizi.
Ürəkdə saxlarıq xatirənizi,
Sevinc, kəlam ilə an, Şəhidləri.
Can Şəhidlərim.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.1.2023 16:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu