Azərbaycan, uca dağlar başısan,
Şəhriyarın gözlərinin yaşısan.
Qarabağa otuz illik xəyalsan,
Gör, al Qarabağı Can Azərbaycan.
“Qəhrəman övladın şanlı vətəni,”
Unutma heç,Xocalıda öləni.
Qubadlı, Laçında kərtənkələni,
Vur, al Qarabağı Can Azərbaycan.
Zəngilana azaldığı gətirsən,
Ağdamdakı əsarəti bitirsən.
Füzulinin kədərini götürsən,
Yar, al Qarabağı Can Azərbaycan.
Xudafərin köprüsünü adlayıb,
Cəbrayılda quldurları haqlayıb,
Kəlbəcəri qucağında saxlayıb,
Sar, al Qarabağı Can Azərbaycan.
Neçə ildir əsarətin haq qdeyil,
Üç rənginə əhdə vəfa çox deyil.
Elçibəyin, Əliyevin, yox deyil,
Sor, al Qarabağı Can Azərbaycan.
Xəzərin heç dalğalanmaz küskündür,
Araz çayı durğun axar susqundur.
Gəncəlim də vətəninə düşkündür,
Sür, al Qarabağı Can Azərbaycan.
Naxçıvanım şimşəklərin çaxmasın,
Tərtərimin gözyaşları axmasın.
Düşmən bizə yan göz ilə baxmasın,
Qır, al Qarabağı Can Azərbaycan.
Məlum dairələrdə xain vəziyyət,
Eyni “mahnıları” bildik məziyyət.
Yerə girsin məzlumlara əziyyət,
Var, al Qarabağı Can Azərbaycan.
İki dövlət bir millətin ürəyi,
Daim olsun, bükülməsin biləyi.
Söz anlamaz Şeyraninin diləyi,
Gir, al Qarabağı Can Azərbaycan.
Ankara, 20 Ekim 2020
(Şeyrani) Adem OĞUZ
Kayıt Tarihi : 1.11.2021 21:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!