(Mənsurəyə zarafatyana))
Çoxdandır görmürəm gözəlliyini,
Necəsən sözləri can alan gözəl.
Axır anladılar özəlliyini,
Gəmisi sahilə yan alan gözəl.
Hərdən “yox” əvəzi “bəli” olursan,
Hərdən əsəbləşib dəli olursan.
Hərdən də yapışıb zəli olursan.
Gülərək adamdan qan alan gözəl.
Əl üstə qoymazsan heç vaxt əlini,
Astaca dararsan siyah telini.
Yenə işə saldın “şirin” dilini
Arının özündən şan alan gözəl.
11.03.2015
Kayıt Tarihi : 8.6.2018 06:54:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/08/can-alan-gozel.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!