Çalxalandı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çalxalandı


Göz üzünə sancı düşdü.
Əllərində qamçı düşdü.
Gözlərimdən damcı düşdü,
Arzu gölüm çalxalandı.

Sadə idim, saya idim,
Fərəh hissi taya idim.
Daşdan tökmə qaya idim,
Içim-çölüm ovxalandı.

Qılınc ilə, qalxan ilə,
Yaşamımdan qorxan ilə.
Çox gəzirdi arxam ilə,
Axır ölüm yaxalandı.

Sevinc Arzulu
Kayıt Tarihi : 18.10.2019 16:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu