Çalar hey Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çalar hey

Əsən külək ipək telimi darar,
Kədər,möhnət yenə qəlbimi sarar.
Dəli könül səni axtarar,arar.
Gözüm yenə yollarında qalar hey.

Qar ilə örtülüb sənin buz eşqin,
Ərisə yaradar güclü sel,daşqın.
Gəzərəm həm fikirli,həm də çazqın,
Qəlbim şirin xəyallara dalar hey.

Şaxta,sazaq məni soldurdu nədən,
Səbr kasamı yaman doldurdu nədən.
Kəsibdi yolumu,quldurdu nədən,
Sənsizliyin məni soyar,talar hey.

Mən bülbləm,öz gülümə layiqəm,
Öz eşqimə,öz sevgimə sadiqəm.
Ürəyimi əzər,didər möhnət,qəm.
Gözlərimi kədər,qüssə alar hey.

Sənsizlikdən bağrım başı sökülər,
Payız gələr.yarpaq yerə tökülər.
Sevinc.hamı sevinər,deyib-gülər.
Könlüm qəmli nəğməsini çalar hey.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu