Eşq yolunda boynubükük durma gəl,
Bir kimsəyə tələ-duzaq qurma gəl.
Mizrabını sarı simə vurma gəl.
Sən hərdənbir xoş xəyala dal,qardaş
Həzin-həzin,asta-asta çal qardaş.
Qoyma düşmən daxil olsun köşkünə,
Açı zəhər qatmasın pak eşqinə.
Yenə başla yeni mahnı məşqinə,
Qoy süzülsün barmağından bal,qardaş.
Həzin-həzin,asta-asta çal qardaş.
Sən ürəkdən çalırsan gitaranı,
Musiqinlə ayır ağla qaranı.
Apardı yenə də sellər Saranı,
Yaman düşdü qəlbimizə xal,qardaş.
Həzin-həzin,asta-asta çal qardaş.
Sana bilməz dost ürəyi daş məni,
Tale belə yaratmazdı kaş məni.
Dillənə bilmədim,boğdu yaş məni,
Musiqin önündə oldum lal,qardaş.
Həzin-həzin,asta-asta çal qardaş.
Musiqidir hamımızın gərəyi,
Muğamatdır musiqinin dirəyi.
Sən elə ağlatdın sevən ürəyi,
Onu nəğmən ilə ələ al,qardaş.
Həzin-həzin,asta-asta çal qardaş.
Kayıt Tarihi : 11.6.2018 10:23:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!