Bir anlıq görüşdür əsas amalım,
Solur gündən- günə o gül camalım.
Səninlə bir gedib ağlım, kamalım
Sanki avarayam, cahiləm sənsiz.
Gah alır qoynuna şirin duyğular,
Gah da ki çox üzür acı qayğılar.
Məni tərk eyləyib ağ qağayılar,
Dənizi çəkilmiş sahiləm sənsiz.
Bilməzdim bu həyat oyun, qumardı,
Tək səndən məhəbbət-sevgi umardım.
Qəlbimdə qalmayıb arzu-muradım,
Səhrada yurd salan sailəm sənsiz.
Kayıt Tarihi : 30.6.2018 17:34:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!