Cahidim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Cahidim

Günəşdən tac alın siz,
Ulduzdan bac alın siz.
Göylərə ucalın siz,
Mənim qoşa igidim.
Cavidanım,Cahidim.

Həm dostsuz, həm yoldaşsız,
Mehribansız,sirdaşsız.
Sanki əkiz qardaşsız,
Siz gumanım, ümidim.
Cavidanım,Cahidim.

Ay gözləri mavişim,
Qardaşınla nə işin.
Qorumaqdır vədrdişim,
Kölgə olsun buludum.
Cavidanım,Cahidim.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.12.2025 15:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!