Ey ürəyi eşqlə dolu,
Getdiyin yol haqqın yolu,
Sən Allahın sadiq qulu,
Tanrı yolundan çıxmadın.
Gördün zülmün gərdişini,
Haqsızlığa vərdişini.
Gəzdin eli dərviş kimi,
Nə dövlət, nə var yığmadın.
Qaranlıqa işıq dühan
Kəlamların gizlin,nihan.
Səndə sığdı iki cahan,
Sən bu cahana sığmadın.
10.04.2019
Kayıt Tarihi : 19.4.2019 11:23:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/19/cahana-sigmadin.jpg)
beğeniyle okudum
TÜM YORUMLAR (1)