Görünməz nə əli, nə də ayağı,
Tanrının ucadan uca dayağı.
Bəzən köks ötürrəm qocasayağı,
Gülüm, hər gedənə ağlamaq olmur.
Adamın yumşağı, həm sərti vardır,
Eh, gülən insanın min dərdi vardır.
Içində mərdi var, namərdi vardır,
Hər yaxın dosta bel bağlamaq olmur.
Qorundum pislikdən gizlin sirr kimi,
Qiymətdən düşməyən inci, dürr kimi
Qoşulub Araza dəli Kür kimi,
Hər deyən məqamda çağlamaq olmur.
Kayıt Tarihi : 21.6.2020 14:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!