Könül sevdasını ,inan, unutmur,
Sevdiyi insanı heç ucuz tutmur.
Oğlunun ayağı hələ yer tutmur,
Qızımın toyuna çağırdım səni.
Qaraya hay verən boz ümid idim,
Inləyən,sızlayan tənha ud idim.
Dərd ilə yüklənmiş ağ bulud idim,
Gecə də, gündüz də, yağırdım səni.
Günəşi səmadan düşürtmədim ki
Kədərin qoynunda üşütmədim ki,
Özümdən başqası eşitmədi ki,
Sonuncu nəfəsdə bağırdım səni.
Sevinc Arzulu
Kayıt Tarihi : 7.9.2018 08:16:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!