Dünyanı ikilikdə dolaşmısız çox romantik,
Sevib-seçdiyin “igid” sən demə lap çim yağ imiş,
Aranızda yaş fərqi bilinməz ki gözəl dilbər,
Hədiyyə verdiyiyçün yanında üzüağ imiş.
Milyonlar uduzmusuz kazinoda bir gecədə,
Səninlə olduğuyçun onun da keyfi çağ imiş.
Qapını döydü qəfil yay çıxmamış payız fəsli,
Gördü gülzar həyatı solub-saralan bağ imiş.
Arvadıyla uşağın atıb,təzə eşqə düşüb,
Öz keçmiş ailəsi gözlərində Şahdağ imiş.
Ürəyi istədi ki başqa təam nübar etsin,
Heyf, bəxtinə düşən sovulan bostan-tağ imiş.
Onu görcək üzləri şit təbəssüm bürüyürdü,
Vecinə almazdı sanki həqiqət boş lağ imiş.
Minibən maşınına hər yanı gəzdin,ey gözəl
“Xammer”in özü böyük,təkərlərisə cağ imiş.
Su axdı,axdı,axır ki çuxurun tapdı,
Demək düzlük yaşayır,ölməyib.canı sağ imiş.
Bankrota uğrayıb həyatdan dərsini aldı,
Ayılıb gördü bir vaxt o nə qədər axmaq imiş.
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:07:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/cag-imis.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!