Eh, birtəhər keçirdərəm bu qışı,
Odun da yox ocağımı çatmağa.
Yarəb, mənə sən çox görmə alqışı,
Mən gedirəm dərdi başdan atmağa.
Mən ki ala qoymayıram şəxsimi,
Tənqiddən də yan keçirəm astaca.
Taleyimin rəssam vurub nəqşini,
Gör necə də boyayıbdır ustaca.
Bilirsənmi nə ağırdır intiqam,
Qılıncıyla bizə sarı gəlibdir
Heç olmasa başa düşüb indi qan.
O qılıncla neçə ürək dəlibdir.
Qəm yalasın ayağının tozunu,
Mübarəkdir torpağıma qədəmin.
Söylə, kimdən gizlədirsən üzünü,
Neçə fikir bircə borcu ödəmir.
Sarı-sarı tellərimə dən düşüb
Qoyduğum rəng gizlətməyir ağını.
Qara kölgə gecə ilə tən düşüb,
Yarəb, qaytar bəxtəvərlik çağımı.
11.04.2019
Kayıt Tarihi : 11.4.2019 16:32:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!