Bextiyar kimi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bextiyar kimi

KIMI

Azıbdır yolunu məhəbbət köçün,
Soruşma harada, soruşma neyçün.
Sənin ki həsrətdə yoxdur bir suçun,
Dayanma önündə günahkar kimi.
Əsmə başım üstdə ruzigar kimi .

Gül açar nə vaxtsa kol, gözləyərəm.
Qayıt, əvvəlki tək ol,gözləyərəm.
Hələ də kədərlə yol gözləyərəm.
Bu nakam sevdanın sonu var kimi.
Qəm yağar başıma qara qar kimi.

Taleyin gərdişi pozularmı de,
Röyalar tərsinə yozularmı de,
Sənsiz mənə xoş bəxt yazılarmı de,
Fələk də naləmi duymaz kar kimi.
Həsrət göz önündə bitər xar kimi.

Sevərək sevilmək sən demə günah,
Görüşə ümid var ,Allaha pənah.
Əzizim,ürəkdən heç çəkmə sən ah,
Adın ürəyimdə sadiq yar kimi.
Yaşaram həyatda bəxtiyar kimi.

İndi aramızı kəsib uçurum.
Qəm quşun yuvadan tezcə uçurum.
Gözünü gözümə necə köçürüm,
Hicran aramızda daş divar kimi.
Möhnət qəlbdə yaşar lal qübar kimi.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 09:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu