Ruh ekizi tək qoşaydı,
Görüşləri tamaşaydı.
Rəsmləri baş-başaydı,
Həsrətdən dəlin ağlayır.
Burda bir gəlin ağlayır.
Unudulmaz söhbət-sözü,
Soyumaz ayrılıq közü.
Ağlar qalıb qara gözü,
Göz yaşı ləlin ağlayır.
Burda bir gəlin ağlayır.
Necə xoşbəxtdiz bir zaman,
Əzrail vermədi aman.
Belə fal açmışdı şaman,
Ayrılar əlin, ağlayır.
Burda bir gəlin ağlayır.
Davam edər şanlı soyu,
Unudulmaz gözəl toyu.
Xatirində ömrün boyu,
Huyu da həlim, ağlayayır.
Burda bir gəlin ağlayır.
Acı gündür ötüşməyən,
Şadlıq ilə öpüşməyən.
Eh, dilindən heç düşməyən,
Xeyirim, bəlim ağlayır.
Burda bir gəlin ağlayır.
Tanrı, eşit fəryadımı,
Ağlatdı həm dost-yadımı.
Götürüb cüt övladımı,
Qəbr üstə gəlim, ağlayır.
Burda bir gəlin ağlayır.
Kayıt Tarihi : 6.1.2023 16:25:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2023/01/06/burda-bir-gelin-aglayir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!