Nə uduzar,basılar,
Nə nəfəsi kəsilər.
Göy üzündən asılar,
Salxım-salxım buludlar.
Vüsal saf,həsrət oğru,
Başlanar sual-sorğu.
Mən indi sizə doğru,
Necə qalxım,buludlar.
Bağu-baxça tikməyəm?!
Dibinə su tökməyəm?!
Sinəndə gül əkməyə,
Varmı toxum,buludlar.
Bu nə sehr.bu nə sirr
Günəş qarşımı kəsir.
Düşübdür sənə əsir,
Şirin yuxum,buludlar.
Kayıt Tarihi : 20.6.2018 07:13:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!