Bülbül ötmeyir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bülbül ötmeyir

Uzanı qalıb qollar,
Quruyub yaşıl kollar.
Bağlanıb bütün yollar,
Yar yarına yetməyir.

Uçdi cahu-cəlalın,
Azalmadı məlalın.
Yatanda da xəyalın,
Göz önündən getməyir.

Gülləri yolub vüsal,
Saralıb-solub, vüsal.
Ərköyün olub vüsal,
Dediyimi etməyir.

Bu qocalıq çağımda,
Qaranlıq var ağımda.
Neynəyim ki bağımda,
Qızılgüllər bitməyir.

Ayrılıq çox kasıbdır,
Üstündən zər asıbdır.
Baxçamı ot basıbdır,
Sarı bülbül ötməyir.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.5.2020 07:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu