Büküb durmusan Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Büküb durmusan

Ay üzü işıqlı, könlü ziyalı
Daha uzaqlara uçmaz xəyalın.
Durmusan önümdə sakit, həyalı
Sevgini al gülə büküb durmusan.

Daha yar-yoldaşı səsləməyirsən,
Bir özgə məhəbbət bəsləmiyirsən.
Yad odun-ocağın istəməyirsən,
Gözünü gözümə dikib durmusan.

Zamansız sevgiyə möhür salmısan,
Başqa cür gözəllik, sehr salmısan
Dünyada tək mənə mehr salmısan.
Əlini telimə çəkib durmusan.

Alqışı, duanı haqdan umardın,
Qaraca niyyətə gözün yumardın.
Mənimçün ən uca yaşıl çinardın.
Niyə yarpağını töküb durmusan.

Səndəmi gəncliyi verdin yeləcə,
Yaşayıb yaratdın, güldün eləcə.
Illərmi qocaldıb səni beləcə,
Qarşımda dizüstə çöküb durmusan.
21.8.2012

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu