Qədrini bilmək istəsəm,
Göz yaşın silmək istəsəm.
Yanına gəlmək istəsəm,
Mənə qucaq açarsanmı?
Göydən enməz eşq mələyi,
Qarğımayaq gəl fələyi.
Üşütsə payız küləyi,
De, bir ocaq çatarsanmı?
Mən əvvəlki Sevinc olsam,
Qızıl-gümüş bürünc olsam.
Umduğum təkcə künc olsa,
Kiçik bucaq taparsanmı?!
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 09:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!