Bucaq-bucaq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bucaq-bucaq

Eşqi danan qəlbimi,
Oda yanan qəlbimi.
Qurun sınan qəlbimi,
Yenidən bucaq-bucaq.

Sevindir mələyini,
Əsdir yaz küləyini.
Yığıb çöl çiçəyini,
Sən gətir qucaq-qucaq.

Günlər tez ötüşməsin,
Dərd ilə öpüşməsin.
Sevdam, yerə düşməsin
Xatirən uçaq-uçaq.

Dostum, sevilin-sevin,
Nuru olsun hər evin.
Həsrətin gözün ovun,
Yerindən bıçaq-bıçaq.

Keçdim dağ-dərəsindən,
Ov tutdum bərəsindən.
Günəşin zərrəsindən,
Paylayaq ocaq-ocaq.

Vüsalı çağır-çağır,
Boylanar fağır-fağır.
Iş görər ağır-ağır,
Danışar qoçaq-qoçaq.

Sən qiymət ver sözünə,
Əyri demə düzünə.
Həqiqətin üzünə,
Baxmayaq naçaq-naçaq.

Güvəndiyin dağ hanı,
Dar günündə gör, tanı.
Yaxın qoyma şeytanı,
Şərindən qaçaq-qaçaq.

Çətin sözdən usanam,
Qaçmaram ki asana.
Bəxş edim hər insana
Şerimdən saçaq-saçaq.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.1.2022 11:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu