Tikilərlər,sökülərlər,
Aradabir çökülərlər.
Axıb-axıb tökülərlər,
Bu yollar çaya bənzəyir.
Ayrılığı çox bilənlər,
Günahkarı yox bilənlər,
Dərdi-qəmi ox bilənlər,
Bu qollar yaya bənzəyir.
Pulların başında durur,
Çox lovğadır, səsi quru.
Günəşdən pay alıb nuru,
Bu dollar aya bənzəyir.
11.04.2019
Kayıt Tarihi : 12.4.2019 10:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!