Bir il də beləcə arxada qaldı,
Bir il də astaca ötüşüb getdi.
Bu bir il sağlığı çoxundan çaldı,
Ölüm olum ilə öpüşüb getdi.
Ötən il qələbə, zəfər iliydi,
Ötən il bizlərdən nə aldı, Allah.
Ötən il yoxluğa səfər iliydi,
Karona kimləri gör çaldı, Allah.
Yenə də kəsilir gur budaqları,
Kimin düşmənidir bu baxtsiz qovaq.
Yenə də tikilib sərt dodaqları,
Getməyə tələsmir bu vaxtsız qonaq.
Kayıt Tarihi : 10.1.2021 09:17:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!